Bakı macərası davam edən Aleksey Kaşuk "Neftçi" - "Turan Tovuz" matçında (0:0) da görüntülənib.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk ukraynalı oyunçu və klub arasında transfer danışıqları gedib-getməməsi barədə sualı cavablandırıb.
"Bu futbolçu ilə özümün şəxsən əlaqələrim yoxdur. Keyfiyyətli oyunçudur. Bizim və klub arasında danışıqlar olmayıb, ona ancaq salamlarımı göndərə bilərəm", deyə Qriqorçuk bildirib.
Qeyd edək ki, hazırda klubsuz olan A.Kaşuk Azərbaycanda "Sabah"ın formasını geyinib.