“Sabah”ın futbolçusu Ayaz Quliyev əməliyyat olunub.

Offsideplus.az xəbər verir ki, çiyin bağlarında qopma olan yarımmüdafiəçinin yerli klinikalardan birində baş tutan əməliyyatı uğurlu keçib.

O, Konfrans Liqasının II təsnifat mərhələsinin “Makkabi” ilə cavab oyununda zədələnmişdi.

Qeyd edək ki, “Sabah” Hayfa təmsilçisini mübarizədən kənarlaşdırıb.