Bu gün Misli Premyer Liqasının I turunda "Araz-Naxçıvan" "Qarabağ"a məğlub oldu - 1:4.

Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra meydan sahiblərinin çalışdırıcısı Elmar Baxşıyev mətbuat konfransında iştirak etdi.

Mütəxəssis məğlubiyyət haqda bunları söylədi:

"Düşündüyümüz elementlər var idi, toplanışda komanda bizə onu göstərirdi. Bu gün "Qarabağ" bunları göstərməyə imkan vermədi. İlk oyundur. Biz də bilirik ki, çox sayda yeni oyunçumuz var. İnanıram ki, turlar keçdikcə daha məzmunlu oyun və daha oturuşmuş komanda görəcəyik".