Bu gün Misli Premyer Liqasının açılış matçında "Araz-Naxçıvan" "Qarabağ"a məğlub oldu - 1:4.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov iştirak etdi. Mütəxəssis qələbə haqda bunları söylədi:
"Avrokuboklardakı digər klublarımıza uğurlar arzulayıram. Əfsuslar olsun ki, "Sumqayıt" mübarizəni dayandırdı. Amma yaxşı oyunla uduzdular. Demək olar ki, böyük şansları var idi. Səfər matçında çox inamlı oynadılar. İnanırıq ki, gələn il daha yaxşı nəticələri olacaq. Özümüzə gəldikdə, vacib qələbə oldu. Rəqibi tam yaxından tanımırdıq. Əlimizdə onlar haqda çox az məlumat var idi. Amma ümumən Elmar Baxşıyevin oyun sistemindən xəbərdarıq. Keçənilki oyun sisteminə görə matça hazırlaşmışdıq. Futbolçularımı təbrik edirəm. 4:1 hesablı qələbə qazansaq da, çox bərk komandaya qarşı oynadıq. İlk oyun göstərdi ki, çempionata çox ciddi yanaşmalıyıq".