Millimizin daha bir üzvü karyerasını Azərbaycanda davam etdirə bilər. 

Offsideplus.az xəbər verir ki, söhbət Renat Dadaşovdan gedir. Forvardla "Qarabağ" yaxından maraqlanır. Bu iddianı İsveçrə mətbuatı yayıb.

"Qrasshopper" rəhbərliyi hücumçu ilə yeni müqaviləylə bağlı razılığa gələ bilmir. Renatın İsveçrə təmsilçisi ilə bağlılığı gələn ilin yayında başa çatacaq.

İddiaya görə "Qarabağ" da məhz bu məqamı gözləyir. Ağdam təmsilçisi millimizin üzvünə görə hansısa ödəniş etmək istəmir. "Köhlən atlar" Renatı azad agent olaraq heyətinə qatmaq niyyətindədir.

Qeyd edək ki, forvard ötən mövsümü icarə əsasında "Hatayspor"da keçirib.