Yeni mövsümə hazırlığın 2-ci mərhələsini Türkiyənin Ankara şəhərində davam etdirən “Sumqayıt” bu gün ikinci yoxlama oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Samir Abasovun yetirmələri Türkiyə 1-ci liqası təmsilçisi “Gənclərbirliyi” ilə üz-üzə gəlib.

“Sumqayıt” 35-ci dəqiqədə Cordan Rezabalanın matçda vurduğu yeganə qolla 1:0 hesablı qələbə qazanıb.

Samir Abasovun komandası ilk sınaq matçında Rusiya “Orenburq”una uduzmuşdu – 1:2.