"Qarabağ" "Krasnodar"ın yarımmüdafiəçisi Kadi Borgesin transfer məsələsini tamamlamaq üzrədir.

Offsideplus.az xəbər verir ki, bu barədə "RB Sport" məlumat yayıb.

Qeyd olunub ki, tərəflər razılığa gəlməyə yaxındır. Futbolçunun özü də bu keçidin baş tutmasından yanadır.

Kadi 2023-cü ilin yanvarında "Qarabağ"dan "Krasnodar"a keçib. Braziliyalı ötən mövsüm 33 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.