Bu gün mediada "Səbail"lə bağlı maraqlı iddia dərc olundu. 

Yazılanlara inansaq, ASCO "Səbail" klubu ilə sponsorluğu dayandırıb. Yaxın müddətdə şirkətin adı Bayıl arenadan götürüləcək. İnformasiyanı dəqiqləşdirmək üçün klubun Media və Marketinq şöbəsinin rəhbəri Rəşad Məmmədovla əlaqə saxladıq. 

"Səbail" rəsmisi Offsideplus.az-a açıqlamasında bu məlumatı təkzib etdi:

"Mətbuatda yer alan klubumuzun yalnız dövlətdən gələn vəsaitlə fəaliyyət göstərəcəyi xəbəri həqiqəti əks etdirmir. Stadionun adının dəyişdirilməsi isə gündəmdə deyil".