Bir müddət öncə "Araz-Naxçıvan"ın Vanderson Meloya görə problemlə üzləşdiyini diqqətinizə çatdırmışdıq.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi ötən mövsüm başlamamışdan öncə Livanın "Rasinq" klubu ilə ilkin müqavilə imzalasa da, sonradan muxtar respublika təmsilçisinə keçmişdi.

Bu səbəbdən də Beyrut klubu həm futbolçunu, həm də "Araz-Naxçıvan"a şikayət etmişdi. "Rasinq" "Araz-Naxçıvan"ın 67000 min dollar ödəməsini tələb edirdi. Əks təqdirdə, Azərbaycan klubunun və Vanderson Melonun cəzalanmasını FİFA-dan tələb edirdi. 

Redaksiyamıza məsələ ilə bağlı yeni məlumat daxil olub. Naxçıvan klubu məsələni həll edib. "Qırmızı-bəyazlar" 67000 dolları Beyrut klubuna ödəyib. Lakin klub bu pulu futbolçunun maaşından tutacaq.

Qeyd edək ki, "Araz-Naxçıvan" braziliyalı ilə 1 mövsümlük yeni müqavilə imzalayıb.