"Sumqayıt" növbəti hazırlıq mərhələsi Türkiyədə olacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Kimyaçılar" iyulun 3-dən 17-dək Ankaranın Qızılcahamam bölgəsində təlim-məşq toplanışı keçəcəklər. Samir Abasovun yetirmələri hazırlıq çərçəvəsində 3 yoxlama oyununda qüvvələrini sınayacaqlar. Hələlik "Sumqayıt"ın rəqibləri və matçların tarixi dəqiqləşməyib.

Qeyd edək ki, komanda Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Fehervar"la (Macarıstan) mübarizə aparaq. Tərəflər arasında ilk oyun iyulun 25-də Sumqayıtda, cavab matçı ayın 31-də səfərdə olacaq.