“Səbail”in 2024/2025-ci illər mövsümü üçün yay hazırlıq planı bəlli olub.
Offsideplus.az xəbər verir ki, Şahin Diniyevin rəhbərliyi altında iyunun 27-də bir araya gələcək komanda, iyulun 3-nə qədər məşqlərini Bakıda keçirəcək. “Dənizçilər” iyulun 5-də toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək.
Ərzurumda baş tutacaq təlim-məşq toplanışında komanda 3 yoxlama oyununa çıxacaq. “Səbail” iyulun 11-də I Liqa təmsilçisi “Ərzurumspor”la, 13-də isə Türkiyə Super Liqası üzvlərindən “Hatayspor”la qarışlaşacaq. Sonucu rəqib və oyunların başlama vaxtı ilə bağlı yaxın günlərdə məlumat veriləcək.
Komandanın Ərzurum toplanışı iyulun 18-dək davam edəcək.