Son günlər mediada gəzən söz-söhbətlərə inansaq, Aleksey Kaşuk karyerasını Azərbaycanda davam etdirəcək.

Ukraynalı ilə “Qarabağ”ın maraqlandığı deyilir.

Offsideplus.az-ın redaksiyasına maraqlı informasiya daxil olub. Sən demə, Kaşuk Azərbaycana gəlmək istəmir. Ümumiyyətlə, yarımmüdafiəçi ilə nə “Qarabağ”, nə də “Sabah” maraqlanıb. Düzdür, agentlər futbolçu ilə danışıqlar apararaq Kaşuku ölkəmizə qaytarmağa razı salmağa çalışıblar. Lakin ukraynalının cavabı qısa və net olub: “Yox!”

Qeyd edək ki, futbolçu ötən mövsüm “Şaxtyor”un heyətində 12 matçda meydanda olub. Kaşuk bu görüşlərdə 4 qol vurub, 1 məhsuldar ötürmə edib.