Şahruddin Məhəmmədəliyev “Adana Demirspor”la yolları ayırdı.
Millimizin üzvü hazırda azad agentdir. Bir müddət öncə, qolkiperin yenidən karyerasını Azərbaycanda davam etdirəcəyini diqqətinizə çatdırmışdıq. 30 yaşlı futbolçu ilə “Sabah” yaxından maraqlanır. Məlumatı dəqiqləşdirmək üçün klubun mətbuat katibi Elnur Həmidovla əlaqə saxladıq. Masazır təmsilçisinin rəsmisi Offsideplus.az-a açıqlamasında bunları söylədi:
"Hazırda klub olaraq transfer çalışmalarını davam etdiririk. Hansısa futbolçunun keçidini rəsmiləşdirsək,bu barədə ictimaiyyətə ətraflı məlumat verəcəyik".