2018-ci ildən "Səbail"in formasını geyinən Ağabala Ramazanov futbolçu karyerasını bitirdiyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, 31 yaşlı hücumçu zədə səbəbindən karyerasını başa vurmaq qərarına gəlib. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, "Neftçi" yetirməsi olan Ağabala karyerası ərzində adıçəkilən komandanın (2011-12), "Xəzər-Lənkəran" (2012-2015), "Sumqayıt" (2015-2016), "İnter" (2016-2017), "Qarabağ" (2017-2018) klublarında da çıxış edib.