“Sabah” yarımmüdafiəçi Kristian Sebalyosla yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb. İspaniyalı ilə mövsümün sonu başa çatan müqavilə yenilənməyib.
Sebalyosa kluba xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.
“Sabah” daha öncə “Zirə”yə keçən Davit Volkovla da yollarını ayırmışdı.