İcraiyyə Komitəsinin son iclasında “Qəbələ” İdman Klubuna akademiya və infrastrukturun saxlanılması məqsədilə bir il müddətinə 700 000 (yeddi yüz min) manat maliyyə vəsaitinin ayrılması qərara alınıb. Bu xüsusda “Qəbələ” İK-ya dəstək üçün müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının, həmçinin hakimlərin Qəbələdə təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulub. Bunun ölkə futbolçu üçün hansı faydaları olacaq? Bütün bu prosesləri həyata keçirmək üçün 700 min manat yetərlidirmi? Sualların cavabını tapmaq üçün “qırmızı-qaralar”ın idman direktoru Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq. Klub rəsmisi offsideplus.az-a açıqlamasında bunları söylədi:
“Bu haqda danışmaq hələ tezdir”.
İstədiyimiz cavabı tapa bilmədiyimiz üçün “Qarabağ”ın futbol akademiyasının koordinatoru Aftandil Hacıyevə müraciət etdik. Mütəxəssis Offsideplus.az-a açıqlamasında bunları söylədi:
“Qəbələ”də xərclənən vəsaitin nə qədər olacağını bilə bilmərəm ki, yetərli olub-olmadığını da cavablayım. Bildiyim qədəri ilə bütün klublara dəstək olunur. Bu da futbolun inkişafı üçün atılan addımdır”.