2024/25-ci illər mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” Yusif Nəbiyevlə müqavilə müddətini artırıb.

Offsideplus.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

26 yaşlı futbolçu ilə 1 illik anlaşma əldə olunub. Müdafiəçi 2023-cü ilin yayından etibarən “dənizçilər”in formasını geyinir. Nəbiyev ötən mövsüm komandanın heyətində Azərbaycan Premyer Liqasında 34, Azərbaycan Kubokunda 3 oyuna çıxıb. Oyunçu bu görüşlərdə 5 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib.