"Şamaxı"da daha bir ayrılıq baş tutub.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi İbrahim Aslanlı ilə yollarını ayırıb.
Klub müqaviləsi başa çatan futbolçusuya yeni təklif göndərib.
"Şamaxı" müdafiəçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, başa çatan mövsümdə Birinci Liqada çempion olan "Şamaxı" 2024/2025 mövsümündən Premyer Liqada mübarizə aparacaq.