Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Offsideplus.az xəbər verir ki, toplantı qurumun inzibati binasında təşkil olunacaq.
AFFA bir sıra vacib məsələləri müzakirə edəcək. İclasda bəzi qərarlar da qəbul olunacaq.
1. 2024-cü il üçün AFFA-nın büdcəsinin müzakirəsi
2. AFFA-nın strategiyası və uşaq futboluna dair müzakirələr
3. Aşağı yaş qrupu üzrə milli komandaların baş məşqçi məsələsinin müzakirəsi
4. 1-ci və 2-ci Liqada mövcud vəziyyətin müzakirəsi
5. “Qəbələ” İK-ya müvafiq yardımın ayrılması
6. Digər məsələlər.
Qeyd edək ki, tədbir saat 10:00-da başlayacaq.