Misli Premyer Liqasında 2023/24 mövsümü başa çatdı.
Komandalar istirahətə yollansa da, bəziləri indidən transfer çalışmalarına başlayıb. Bu baxımdan da ən fəal "Araz-Naxçıvan"dır. Bölgə təmsilçisi heyətini 4 oyunçu ilə gücləndirib, 6 futbolçusu ilə razılaşma əldə edib. Lakin ötən mövsümkü heyətdən 1 nəfər klubla danışıqlar aparmayıb. Söhbət Turan Manafovdan gedir. Millimizin üzvü mövsümün son oyunundan sonra komandada qalmaq istəmədiyini bildirərək rəhbərliklə danışıq aparmaqdan imtina edib.
Qeyd edək ki, Turan Manafov "Araz-Naxçıvan"ın heyətində 36 qarşılaşmada meydanda olub. Müdafiəçi bu görüşlərdə 3 qol vurub, 3 məhsuldar ötürmə edib.