Yeni mövsümlə bağlı transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” müqavilə müddəti başa çatan 6 futbolçusunu komandada saxlayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Komanda Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson və Elçin Mustafayevlə ortaq məxrəcə gəlib. Bu futbolçular 2024/25-ci il mövsümündə də “Araz-Naxçıvan”ın heyətində yer alacaqlar.

Qeyd edək ki, “Araz-Naxçıvan” daha öncə Urfan Abbasov, Ömər Buludov, Tərlan Əhmədli və Ülvü İsgəndərovu heyətinə qatıb.