"Qəbələ" futbolçusu Prins Ovusu ilə vidalaşıb.
Offsideplus.az xəbər verir ki, 20 yaşlı qanalı futbolçu karyerasını Slovakiyanın "DAK 1904" klubunda davam etdirəcək.
"Qırmızı-qaralar" bu keçiddən 250 min avro qazanacaq.
P. Ovusu ötən yay "Qəbələ"yə qoşulmuşdu. O, bölgə təmsilçisinin heyətində 34 oyunda 7 qol və 3 məhsuldar ötürmə ilə çıxış edib.


