"Real Madrid"in braziliyalı ulduzu Vinişius Junior komanda yoldaşı Kilian Mbappe ilə münasibətlərindən danışıb.
Offsideplus.az xəbər verir ki, o, fransalı ulduzun meydandan kənarda da yaxın dost olduğunu və ona hər zaman dəstək verdiyini bildirib.
Vinisius Mbappenin onun üçün etdiklərini yüksək qiymətləndirib:
"İmkanımız olanda həm meydanda, həm də meydandan kənarda birlikdə vaxt keçiririk, dost kimi nəsə edirik. Onunla həmişə yaxşı münasibətim olub. Bizim komandada oynaması üçün ona çoxlu mesaj göndərmişdim. İstədiyimiz kimi çıxış edə, azarkeşlərin gözlədiyi titulları qazana bilmədik, amma düşünürəm ki, çox yaxın gələcəkdə bu vəziyyəti dəyişə biləcəyik. Mbappe yaxşı insandır, o, müsahibələrində, o cümlədən "Benfika" ilə matçdan sonra baş verən irqçilik hadisəsi zamanı məni həmişə müdafiə edib. O, "Real Madrid"də yeni bir dövrə damğa vuracaq əfsanəvi oyunçudur".


