"Yenə də fərdi səhvlər nəticəsində qollar buraxdıq, bu da yekunda məğlubiyyətə gətirib çıxardı".

Offsideplus.az xəbər verir ki, bunu "Neftçi" ilə matçdan sonra "Sumqayıt"ın baş məşqçisi Saşa İliç deyib.

O, görüşlə bağlı fikirlərinə belə davam edib:

“Biz məşqçilər korpusu olaraq hər dəfə tapşırıqlarımızı versək də, bu fərdi səhvlər təkrarlanmağa davam edir. Elə olduğu təqdirdə də güclü rəqiblər bunu bağışlamır”.

Serbiyalı mütəxəssis komandanın kapitanı Səbuhi Abdullazadə barədə bunları söyləyib:

"Ona deyirik ki, meydançanın mərkəzində səhv etmək olmaz. Amma bu, hər oyun təkrarlanır.

Mən də futbolçu olmuşam. İnanmıram ki, bir futbolçu meydana çıxanda futbol oynamaq istəməsin. Onun oynamamaq istəməməsinə inanmıram.

"Premyer Liqada 4-5 komanda var ki, bizi səviyyə baxımından üstələyir. Biz maksimumuza çempionatın ilk hissəsində çatmışdıq. Xatırlayıram, liqanın birinci yarısında heç kim sual vermirdi ki, necə olur bu cür qələbələr qazanırsız? Futbolda belə nəticələr olur. Maksimuma çatdıq və irəliləmək üçün addımlar lazım idi. Rəhbərliklə danışdıq, bəzi transferlər baş tutmadı. İndi isə gənclər özlərini göstərməlidir ki, yeni mövsüm əsas heyətdə olsunlar və ya başqa klublara keçə bilsinlər".