"Neftçi"nin baş məşqçisi Yuri Vernidub "Sumqayıt"ı məğlub etdikləri oyundan sonra mətbuat konfransında çıxış edib.

Offsideplus.az xəbər verir ki, ukraynalı mütəxəssis komandada güclü rəqabətin olduğunu bildirib:

"Biz işləyirik, səylə işləyirik. Komanda daxilində çox böyük rəqabət var. Ona görə də işim daha asan olur, mənə qalan düzgün heyət seçməkdir. Bugünkü "Neftçi"nin performansınıa özünüz görürsünüz. Hesab 3:1 oldu, amma daha çpx qol vura bilərdik.

Bu gün ən çox xoşuma gələn qol buraxdıqdan sonra oyunçularımın göstərdiyi reaksiya oldu. Biz ikinci və üçüncü qolları vurduq. Daha çoxunu da vura bilərdik".

O, qarşıdan gələn oyunlarla bağlı da fikirlərini söyləyib:

"Bu oyunları səbirsizliklə gözləyirəm. Bilmək istəyirəm ki, komandam nəyi qadirdir".

Vernidub Freddi Varqasın hücumun mərkəzindəki performansından razı olduğunu da söyləyib:

"Varqas ikinci oyundur ki, hücumun mərkəzində oynayır. Sambunun zədəsi davam edir. Abubakar da tam hazır deyil. Ona görə də onların rolunu Varqasa vermişik. Onda da bu pis alınmır".

O, sonda Emin Mahmudovun 1-2 günə komanda ilə məşqlərə başlayacağını söyləyib.