“Neftçi” Peşəkar Futbol Klubu unudulmaz futbolçu Anatoli Banişevskinin xatirəsini əbədiləşdirmək məqsədilə mühüm qərar qəbul edib.
Offsideplus.az xəbər verir ki, klubun qərarına əsasən, 2026/27 mövsümündən etibarən komandanın 9 nömrəli forması rəsmi olaraq istifadədən çıxarılacaq və Banişevskiyə ithaf ediləcək.
Banişevski 16 il ərzində “Neftçi”nin 9 nömrəli formasını şərəf və sədaqətlə geyinib, bu nömrə altında saysız-hesabsız həlledici qollar vuraraq klubun və Azərbaycan futbolunun adını yüksəklərə daşıyıb.
Klubdan bildirilib ki, bu qərar “Neftçi”nin 89 illik tarixində Azərbaycan futboluna böyük töhfələr vermiş, klubun şanlı tarixində xüsusi yer tutan əfsanəvi futbolçuya göstərilən dərin hörmətin ifadəsidir.
Qeyd edək ki, 9 nömrəli forma fevralın 23-də anadan olmasından 80 il ötən Anatoli Banişevskinin xatirəsinə rəsmi olaraq əbədiləşdiriləcək.


