Misli Premyer Liqasının lideri "Sabah" XXI turda "Kəpəz"i qəbul edib.
Offsideplus.az xəbər verir ki, bu görüşdə Valdas Dambruaskasın komandası ardıcıl 10-cu qələbəsini qazanıb.
Qalibiyyət qolunu 87-ci dəqiqədə meydana sonradan daxil olan Kahim Parris vurub.
"Bayquşlar" xalını 52 edib və liderliyini davam etdirib.
"Kəpəz" 13 xalla 11-ci yerdədir.
MPL, 21-ci tur
22 fevral (bazar)
17:00. “Sabah” – “Kəpəz” 1:0
Qol: Kahim Parris, 87
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Əli Əliyev
AVAR: Kamran Bayramov
“Bank Respublika Arena”


