Misli Premyer Liqasında XXI turun matçları keçirilir.

Offsideplus.az xəbər verir ki, bu gün "Araz-Naxçıvan" 6 aydır qələbə qazana bilməyən "Karvan-Yevlax"ın qonağı olub.

Görüş Yevlax şəhər stadionunda baş tutub.

Naxçıvan təmsilçisi Felipe Santosun dublu ilə rəqibini məğlub etməyi bacarıb - 2:0.

Onlar 33 xalla 5-ci yerə yüksəlib.

6 xalı olan "Karvan-Yevlax" isə sonuncu - 12-ci yerin sahibidir.

Füzuli Məmmədovun komandası dekabrın 15-dən bəri Premyer Liqada 1 xal belə qazana bilməyib.

Misli Premyer Liqası, XXI tur

21 fevral (şənbə)

14:30. “Karvan-Yevlax” - “Araz-Naxçıvan” 0:2

Qollar: Felipe Santos, 32,52 (penalti)

“Karvan-Yevlax”: 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 33. Eltun Turabov 14. Uğur Cahangirov 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 21. İmani Barker

Baş məşqçi: Füzuli Məmmədov

“Araz-Naxçıvan”: 12. Kristian Avram 3. Bəxtiyar Həsənalızadə (k) 5. Slavik Alxasov 8. Coşqun Diniyev 4. Rahil Məmmədov 26. Ömər Buludov 24. Mustafa Əhmədzadə 16. Ramon Maçado 6. Patrik Andrade 7. Hamidu Keyta 10. Felipe Santos

Baş məşqçi: Andrey Demçenko

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ruslan Quliyev

VAR: Tural Qurbanov

AVAR: Şirmamed Mamedov

Yevlax şəhər stadionu