"İmişli" heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi Orxan Fərəcovla müqavilə imzalanıb.
Qeyd edək ki, Fərəcov karyerası ərzində "Şamaxı-2", "Keşlə", "Səbail" klublarının uğurları üçün çalışıb. Legioner həyatı da yaşayan yarımmüdafiəçi Polşanın "KS CK Troszyn" və "Narew Ostrołęka" kollektivlərində çıxış edib.
Futbolçunun son klubları isə "Baku Sporting" və "Şahdağ" olub.


