Misli Premyer Liqasında XXI tura bu gün start veriləcək.

Offsideplus.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

"Zirə" səfərdə "Turan Tovuz"un qonağı olacaq. Bakı təmsilçisi hazırda 35 xalla üçüncüdür. 34 xala malik "Turan Tovuz" isə dördüncü pillədə qərarlaşıb.

Günün ikinci matçı Sumqayıtda baş tutacaq.

"Qəbələ" səfərdə "Sumqayıt"la münasibətlərinə aydınlıq gətirəcək. 30 xalı olan "Sumqayıt" turnir cədvəlində beşinci, “Qəbələ” isə 14 xalla onuncu yerdə qərarlaşıb.

Qeyd edək ki, XXI tura fevralın 22-də yekun vurulacaq.