"Qarabağ"ın hücumçusu Musa Qurbanlı üçün "İmişli" ilə oyun əlamətdar olub.

Offsideplus.az xəbər verir ki, o, bu görüşdəki yeganə qola imza atıb.

Bu, 23 yaşlı forvardın Azərbaycan çempionatında 40-cı qolu kimi tarixə düşüb.

O, buna 97-ci oyununda nail olub.

Musa iki klubda çıxış edərək bu rəqəmə çatıb. 

Gənc futbolçu "Qarabağ"da 39, "Zirə"də isə 1 dəfə fərqlənib.