Misli Premyer Liqasında XX turun görüşləri keçirilir.
Offsideplus.az xəbər verir ki, "Neftçi" bu turda "Kəpəz"in qonağı olub.
Matç Yevlaxda baş tutub.
Görüşdə bütün qollar ilk hissədə vurulub.
"Ağ-qaralar" Yuri Vernidubun rəhbərliyi altlnda növbəti qələbəsini qazanıb - 3:1.
"Neftçi" bu qələbə ilə xalını 30 edib və 5-ci "Sumqayıt"a çatıb.
"Kəpəz" isə 13 xalla 11-ci pillədə qalıb.
Qeyd edək ki, "Sumqayıt" bir azdan (17:00) başlayacaq qarşılaşmada "Araz-Naxçıvan"ın qonağı olacaq.
Misli Premyer Liqası, XX tur
15 fevral (bazar)
14:30 "Kəpəz" - "Neftçi" 1:3
Qollar: Rauf Hüseynli, 34 (penalti) - Bassala Sambu, 27,38, Emin Mahmudov, 40
Qırmızı vərəqə: Məqsəd İsayev ("Kəpəz")
“Kəpəz”: 33. Yusif İmanov 27. Məqsəd İsayev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 11. Rəhman Hacıyev 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 14. Adama Fofana 4. Mate Abuladze
Baş məşqçi: Azər Bağırov
“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 17. Murad Xaçayev 7. Emil Səfərov 47. Murad Məmmədov 77. Falaye Sako 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 9. Bassala Sambu 11. İmad Faraj
Baş məşqçi: Yuri Vernidub
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Yevlax şəhər stadionu



