“Maraqlı oyun alındı”.

Offsideplus.az xəbər verir ki, bu sözləri “Karvan-Yevlax”ın baş məşqçisi Füzuli Məmmədov Misli Premyer Liqasının 20-ci turunda “Zirə”yə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis 0:1 hesabı ilə məğlub olduqları matçə şərh edib:

“Güclü rəqibə qarşı oynadıq, amma biz də yaxşı mübarizə apardıq. Hazırda çətin vəziyyətdəyik. Düzü, belə şəraitdə komandanı motivasiya etmək asan deyil. Ümidimizi itirmirik. Rəhbərlik bizi dəstəkləyir. Bu gün ən azı bir xal qazana bilərdik, ancaq bunun üçün qol vurmaq lazım idi”.

Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 35-ə çatdıran Bakı klubu turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 6 xala malik Yevlax komandası isə sonuncu - 12-ci yerdədir.