Misli Premyer Liqasında XX tura bu gün start verilib.

Offsideplus.az xəbər verir ki, açılış matçında "Qarabağ" "İmişli"nin qonağı olub.

Görüş Qubada baş tutub.

Qarşılaşmanı 4000-ə yaxın azarkeş tribunadan seyr edib.

Matçda hər iki tərəf qırmızı vərəqə ilə cəzalanıb.

Oyunda yeganə qolu isə Ağdam təmsilçisinin hücumçusu Musa Qurbanlı vurub.

Beləliklə, "Qarabağ" Çempionlar Liqasındakı "Nyukasl"la matç öncəsi çox vacib qələbə qazanıb.

Misli Premyer Liqası, XX tur

14 fevral (şənbə)

14:30 “İmişli” – “Qarabağ” 0:1

Qol: Musa Qurbanlı, 78

Qırmızı vərəqələr: Kadi Borges ("Qarabağ"), Dioqo Almeyda ("İmişli")

"İmişli”: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 21. Abbas Ağazadə, 5. İdris İnqilablı, 70. Mehdi Tahirov, 94. Rafael Vieqaş, 14. Ronaldo de Souza, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr

Baş məşqçi: Jorj Kaşkilya

Qarabağ”: 97. Fabian Buntiç: 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 9. Joni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran

Baş məşqçi: Qurban Qurbanov

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Alik Yunusov

VAR: Əliyar Ağayev

AVAR: Vüqar Həsənli

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Azər Əsgərov

Quba OİK stadionu