“Neftçi”nin futbolçusu Vensan Abubakar klubunu dəyişə bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə Qazaxıstanın match.kz saytı məlumat yayıb.
Bildirilib ki, Yuri Vernidubun baş məşqçi təyinatından sonra isə əsas heyətdəki yerini itirən kamerunlu hücumçu “Aktobe”yə transfer oluna bilər.
Qeyd edək ki, 34 yaşlı forvard ötən ilin oktyabrında “Neftçi”yə qoşulub. O, Bakı klubunda keçirdiyi 12 rəsmi oyunda 6 qol vurub.


