Xəbər verdiyimiz kimi, ABŞ-nin "Kolumbus Kru" klubu Nəriman Axundzadənin transferini rəsmiləşdirdi.
Offsideplus.az xəbər verir ki, artıq oyunçunun neçəyə satıldığı da bəlli olub.
"Qarabağ" bu satışdan 2.5 milyon avro qazanıb. Bununla da 22 yaşlı Nəriman Azərbaycan futbolu tarixində ən baha satılan azərbaycanlı futbolçu oldu.



