Misli Premyer Liqasının XIX turunda "Qarabağ" səfərdə "Şamaxı"nı 2:1 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, görüşdən sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov komandadan ayrılan Nəriman Axundzadənin gedişinə münasibət bildirib:
"Belə bir kluba getməsi əlbəttə ürəkaçan deyil. Amma son zamanlar baş verənlərə görə getməsi lazım idi. Son başverənlərdən sonra özünü ələ ala bilmədi. Getməsi lazım idi ki, özünü yenidən tapa, toparlaya bilsin".
O, Bəhlul Mustafazadənin baş tutmayan transferinə də toxunub:
“Orada bir neçə detallar oldu. Onunla danışmışdıq. Belə deyim, mən Bəhlul tərəfdə idim. Çox dərinə getməyək”.
Qeyd edək ki, N. Axundzadə karyerasını ABŞ-ın "Kolumbus Kryu" klubunda davam etdirəcək.



