“Freddi Varqasla İqor Ribeyro sarı vərəqə limitinə görə oyunu buraxacaq”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında “Neftçi”nin mətbuat katibi Asəf Zeynallı deyib.
O, Bakı təmsilçisinin Misli Premyer Liqasının XIX turu çərçivəsində “Qəbələ”yə qarşı keçirəcəyi oyunla bağlı danışıb:
“Varqas zədəlidir. Eyni zamanda sarı vərəqə limitinə görə oynaya bilməyəcək. Ondan savayı hazırda komandada zədəli yoxdur”.
Qeyd edək ki, bu gün baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək.



