"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" Breno Almeydanı transfer edib.
Onunla 2.5 illik müqavilə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu son olaraq Kiprin "Etnikos" klubunun formasını geyinib.
Braziliyalı vinger cari mövsüm 14 oyunda 3 qol vurub və 5 məhsuldar ötürməyə imza atıb.



