Misli Premyer Liqasında XIX turun qapanış matçı "Neftçi" və "Qəbələ" arasında oynanılacaq.

Offsideplus.az xəbər verir ki, görüş saat 19:00-da başlayacaq.

Hər iki komanda qış fasiləsində yaxşı qayıdıb.

"Qırmızı-qaralar" 2 oyuna maksimum nəticə göstərib. "Neftçi" isə ötən tur "Araz-Naxçıvan"ın qapısına 4 cavabsız top vurub.

Tərəflər arasındakı ilk oyunda "ağ-qaralar" qalib gəlmişdi - 2:1.

Misli Premyer Liqası, XIX tur

10 fevral (çərşənbə axşamı)

19:00. "Neftçi" – "Qəbələ"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov

VAR: Cavid Cəlilov

AVAR: Elvin Bayramov

"Palms Sports Arena"