"Turan Tovuz" Misli Premyer Liqasının XIX "Karvan-Yevlax"ı minimal hesabla məğlub edib - 1:0.
Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisinin Kurban Berdıyev görüşdən sonra oyunla bağlı fikirlərini bildirib:
"Kubokda baş verənlərə görə azarkeşlərdən üzr istəyirəm. Emosiyalara görə oldu.
Oyuna gəldikdə isə ilk hissədə çoxlu şanslarımız oldu, lakin 2-ci qolu vura bilmədik. Ona görə də oyunun sonları dramatik alındı".
Təcrübəli mütəxəssis qapıda Sergey Samokun başlamağına da münasibət bildirib:
"Oleq Baklov zədəli idi. Ona görə Samokla başladıq. Növbəti oyunlarda kim güclü olsa, o oynayacaq".



