Misli Premyer Liqasının XIX turunda bu gün "Turan Tovuz" Bakıda "Karvan-Yevlax"ı qəbul edəcək.
Offsideplus.az xəbər verir ki, tərəflərin fərqli hədəfləri var.
Yevlax təmsilçisi avqust ayından bəri Premyer Liqada qazana bilmir.
Kurban Berdıyevin komandası isə avrokuboklara qatılmaq üçün mübarizə aparır.
"Turan Tovuz" 30 xalla 4-cü, "Karvan-Yevlax' isə 6 xalla sonuncu - 12-ci yerdədir.
Misli Premyer Liqası, XIX tur
9 fevral (bazar ertəsi)
18:30. "Turan Tovuz" - "Karvan-Yevlax"
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Zöhrab Abbasov, Murad Səlimov
VAR: Nicat İsmayıllı
AVAR: Pərvin Talıbov
"Azersun Arena"


