Misli Premyer Liqasında XIX turunda bu gün "Sumqayıt" 'Zirə"ni qəbul edəcək.
Offsideplus.az xəbər verir ki, bu komandalar 4 gün əvvəl Azərbaycan Kubokunda da üz-üzə gəlib.
Həmin qarşılaşmada qapılara qol vurulmayıb.
Bu görüş turnir cədvəli baxımından böyük önəm kəsb edir. Hər iki komanda avrokuboklara qatılmaq üçün mübarizə aparır.
"Sumqayıt" 30 xalla 4-cü yerin sahibidir. "Zİrə" isэ onlardan cəmi 1 xal geri qalır.
Misli Premyer Liqası, XIX tur
8 fevral (bazar)
18:30. "Sumqayıt" – "Zirə"
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Alik Yunusov
VAR: Rauf Cabarov
AVAR: Kamran Əliyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


