Misli Premyer Liqasının XVII turu ölkə çempionatları tarixinə əcnəbi məşqçi sayındakı rekordun təkrarlanması ilə düşüb.
Offsideplus.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
2026-cı ilin ilk oyunlarında eyni vaxtda 7 legioner baş məşqçi mübarizə aparıb: Valdas Dambrauskas ("Sabah"), Kurban Berdıyev ("Turan Tovuz"), Saşa İliç ("Sumqayıt"), Andrey Demçenko ("Araz-Naxçıvan"), Yuri Vernidub ("Neftçi"), Jorj Kaşkilya ("İmişli"), Kaxaber Tsxadadze ("Qəbələ").
Bu göstərici sonuncu dəfə təxminən 15 il əvvəl – 2011-ci ilin aprel-may aylarında qeydə alınmışdı. O vaxtkı turda da 7 əcnəbi məşqçi (Kaxaber Tsxadadze ("İnter"), Almir Hurtiç ("Muğan"), Toni Adams ("Qəbələ"), Qyoko Hacıyevski ("Simurq"), Naci Şensoy ("Turan"), Mirça Rednik ("Xəzər Lənkəran"), Aleksandr Starkov ("Bakı") rəqib qismində qarşılaşmışdılar.
Ümumilikdə, Azərbaycan futbol tarixində bu hadisə cəmi bir neçə dəfə təkrarlanıb: 2008/2009 və 2011/2012 mövsümlərinin gedişində belə hal yaşanıb.


