"Neftçi" Azərbaycan çempionatlarında 100-cü qolsuz oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Yubiley Misli Premyer Liqasınının XVII turundakı "Zirə" ilə matça təsadüf edib.
"Ağ-qaralar" qolsuz heç-heçələrin sayında yalnız “Qarabağ”dan (107) geri qalır.
"Neftçi"nin ilk qolsuz matçı 1993-cü il martın 6-da “Turan”la ev qarşılaşmasına olub.


