Misli Premyer Liqasında XVII turun görüşləri keçirilir.

Offsideplus.az xəbər verir ki, günün ilk matçında avrokuboklar uğrunda mübarizə aparan iki komanda qarşılaşacaq.

"Turan Tovuz" və "Sumqayıt" üz-üzə gələcək. Tovuz stadionunda yeniləmə işləri getdiyi üçün matç Sumqayıtda baş tutacaq.

Hər iki komandanın aktivində 27 xal var. Top fərqinə görə Tovuz təmsilçisi rəqibini qabaqlayır.

Görüş saat 16:00-da başlayacaq.

Misli Premyer Liqası, XVII tur

25 yanvar (bazar)

16:00 “Turan Tovuz” – “Sumqayıt”

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev

VAR: Cavid Cəlilov

AVAR: Zöhrab Abbasov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu