"Karvan-Yevlax" Füzuli Məmmədovun komandanın baş məşqçisi olduğunu rəsmən açıqlayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

F. Məmmədov noyabrın 25-dən Yevlax təmsilçisini çalışdırır.

Lakin sabiq baş məşqçi Azər Həşimovla yollar ayrılmadığı üçün onun adı rəsmi olaraq açıqlanmamışdı.

Qeyd edək ki, "Karvan-Yevlax" hazırda 6 xalla Misli Premyer Liqasında sonuncu - 12-ci yerdədir.