Misli Premyer Liqasında XVII tura bu gün start veriləcək.
Offsideplus.az xəbər verir ki, günün ikinci oyununda "Neftçi" "Zirə"ni qəbul edəcək.
Rəşad Sadıqovun komandası son 3 oyunda qələbə qazana bilməyib.
"Neftçi" isə fasiləyə qələbə ilə yollanmışdı.
Tərəflərin arasındakı ilk oyun 2:2 hesablı heç-heçə ilə başa çatmışdı. Kubokda isə "Zirə" "ağ-qaralar"ı mübarizədən kənarlaşdırmışdı.
"Qartallar" 28 xalla 3-cü, "Neftçi" isə 20 xalla 7-ci yerin sahibidir.
Misli Premyer Liqası, XVII tur
23 yanvar (cümə)
19:00 “Neftçi” – “Zirə”
Hakimlər: Fərid Hacıyev, Cəmil Quliyev, Asiman Əzizli, Kamran Əliyev
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Palms Sports Arena”


