Misli Premyer Liqasında sonuncu yerdə gedən "Karvan-Yevlax" 3 futbolçusu ilə vidalaşıb.
Offsideplus.az xəbər verir ki, Nika Çaçaşvili, Qabil Əlizadə və Vitor Huqo ilə yollar ayrılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hər üç futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.


