"Karvan-Yevlax" müqavilə ilə "Sabah"a məxsus olan Rauf Rüstəmlini icarəyə götürüb.

Offsideplus.az xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.

R. Rüstəmli mövsümün ilk yarısını "Sumqayıt"da keçirib.

O, "kimyaçılar"ın heyətində cari mövsümdə 11 oyunda meydanda olub.